Azərbaycanın Xalq artisti, teatr və kinoaktyoru Fəxrəddin Manafovun həyat yoldaşı Vahidə Sadıqova vəfat edib.
Yenicag.az-ın məlumatına görə, bu barədə aparıcı Hacı Nuran Hüseynov “Instagram” hesabında bildirib.
Vahidə Sadıqova bu gün 65 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
Xatırladaq ki, Vahidə Sadıqova Azərbaycan dövlət televiziyasının diktoru olub.