Türkiyənin istefaya gedən səhiyyə naziri Fəxrəddin Qoca vəzifəsini İstanbul il sağlıq müdiri Kamal Məmişoğluna təhvil verir.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, hazırda təhvil-təslim mərasimi keçirilir.
“Ölkəmizin xaricdən vaksin asılılığını tamamilə aradan qaldıracaq yeni layihəni sizə təhvil verirəm”, – Fəxrəddin Qoca bildirib.
Qeyd edək ki, ötən gün səhiyyə naziri Fəxrəddin Qoca istefaya gedib, onun yerinə Kamal Məmişoğlu təyin edilib./axar.az