Fəxri ad alan aktyor Tolikin verilişinə getmədi – “Yəqin ayılmayıb hələ…” – VİDEO 

Prezidentin sərəncamı ilə dünən əməkdar artist fəxri adına layiq görülən aktyor Qorxmaz Əlicanzadə Tolikin verilişinə getməyib.

Yenicag.az xəbər verir ki, verilişin anonsları yayılsa da, aktyor canlı yayıma gəlməyib.

Bəlli olub ki, anonslarda aktyor əvvəlki-Əlili- soyadı ilə təqdim olunub. Bu da qarşı tərəfin xoşuna gəlməyib.

“Qorxmaz müəllim fəxri ad aldı, sevincək olub, kaprizlər başladı artıq…”- Tolikin bu sözlərindən sonra verilişdə qonaq olan xalq artisti Mələkxanım Əyyubova da aktyoru təbrik edib:

“Təbrik edirik. Sevincindən yəqin ayılmayıb”.

Xəzər TV-nin “Hər şey daxil” verilişindən olan görüntüləri təqdim edirik.

Nehru