Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Fəxri Kazım-Nicat Gəncədə solo konsert verəcək

Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Dövlət Sərhəd Xidməti Nümunəvi Hərbi Orkestrinin solisti Fəxri Kazım-Nicatın növbəti solo konserti keçiriləcək.

Yenicag.az xəbər verir ki, konsert noyabrın 12-də Fikrət Əmirov adına Gəncə Dövlət Flarmoniyasında təşkil olunacaq.

Konsertə hazırlığın gedişatı ilə bağlı saytımıza açıqlama verən Fəxri Kazım-Nicat bildirib ki, konsert 12 noyabr Konstitusiya Gününə, eləcə də yaradıcılığının 15 illiyinə həsr olunub:

“Bu mənim Gəncə şəhərində ilk solo konsertimdir. Hesabat konserti olduğunu deyə bilərəm. İlk musiqi təhsilimi Gəncə şəhərində almışam. Sonrakı mərhələdə konservatoriyanı, magistraturanı Bakıda oxumuşam. Hazırda Asəf Zeynallı adına musiqi məktəbində dərs deyirəm. Azərbaycan Dövlət Flarmoniyasının və Dövlət Sərhəd Xidməti Nümunəvi Hərbi Orkestrinin solistiyəm. Mən bu illər ərzində böyük bir məktəb, ifaçılıq yolu keçmişəm. İndi illər ərzində qazandığım təcrübəni doğma gəncəlilərlə də bölüşmək istəyirəm. Onların qarşısında çıxış etməkdən şərəf duyuram. Göstərmək istəyirəm ki, gəncəli olaraq bu şəhərdən çıxmışam, amma Gəncəni unutmamışam. Uğurlarımı Bakıya borclu olsam da, sənətimin təməl daşları məhz Gəncədə atılıb. Deyə bilərm ki, doğma şəhərimə əli dolu gedirəm. Gəncə Azərbaycan incəsənətinə, poeziyasına böyük töhfələr, dahi şəxsiyyətlərlər bəxş edib. Bu şəhərin dinləyiciləri qarşısında çıxış etmək, həm də böyük məsuliyyət tələb edir. Ümid edirəm ki, gəncəlilərə unudulmaz anlar bəxş etməyə müvəffəq olacağıq. Məşqlərimiz davam edir. Zəngin repertuar tərtib etmişik”.

Konsert zamanı F.Kazım-Nicatı Gəncə Dövlət Flarmoniyasının Xalq Çalğı Alətləri Orkestri və kamera orkestri müşayət edəcək. Konsertin təşkilati dəstəkçiləri Mədəniyyət Nazirliyi, Gəncə Regional Mədəniyyət İdarəısi və Gəcndə Dövlət Filarmoniyasıdır.

Qeyd edək ki, Fəxri Kazım-Nicatın bundan əvvəlki solo konserti bu il mayın 1-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib./BakuPost.az/

www.yenicag.az

780