Malinin Barselonadakı fəxri konsulluğunda naməlum şəxs bir qadını girov götürüb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, girov götürülən qadın Malinin fəxri konsulunun həyat yoldaşıdır. Onu girov götürən də Malidəndir. O, özünə aid hansısa problemin yoluna qoyulmasını tələb edir.
Polisin məlumatına görə, kişinin şəxsiyyəti müəyyən edilib və o, silahsızdır. Hazırda onunla danışıqlar aparılır.