Fəxriyyə: “Təbii gözəlliyi sevənlər, bir zəhmət, uzunburun, çatmaqaşlı xanımları da tərifləyin” – VİDEO
Sosial şəbəkələrdə 70-ci illərə məxsus “botokssuz, gelsiz qadın” rəyi ilə paylaşılan foto müzakirələrə səbəb olub. Foto, demək olar ki, kişilərlə qadınlar arasında qarşıdurma yaradıb. Əks cinsin nümayəndələri xanımların illər öncə estetik əməliyyatsız daha gözəl və təbii olduğunu vurğulayaraq müasir xanımları qınayıblar.
Yenicag.az-a açıqlama verən tanınmış aparıcı Fəxriyyə Lilpar da bu iradlara münasibət bildirib. O, kişiləri sual qarşısında qoyub:
“Yəni təbii gözəlliyi belə sevirsənsə, onda təbiətin yaratdığı uzunburun, çatmaqaşı da təriflə və qəbul et. Denən, təbiidir və mənə qəbuldur. Necə olur, sən onu lağa qoyursan, amma birinə gözəl deyirsən?
Bu gün botoksu tənqid edənlər həmin o uzunburun, çatmaqaş, nazikdodaq qızları özləri təhrik edir ki, botoks etdirsinlər, gözəl görünsünlər ki, lağ obyektinə çevrilməsinlər. Buna görə də təbii gözəlliyi sevənlər, bir zəhmət, uzunburun, çatmaqaşlı xanımları da tərifləyin. Cəmiyyət həm onları təhrik edir, həm də tənqid edir”.
Daha ətraflı videonu təqdim edirik:
Cəvahir