Feysbuk 70-dən çox hesabı bağladı – SƏBƏB

Feysbuk sosial şəbəkəsi Myanma ordusuna aid bir neçə hesab və səhifənə bağlayıb.

Yenicag.az-ın məlumatına görə, “Face””book” bu addımı Myanma əleyhinə “nifrət və yanlış məlumatların” qarşısını almaq üçün atıb. Şirkət Feysbukda 12 hesab və 52 səhifə, “İnstagram”da isə 12 milyon üzvü olan hesabı bağlayıb.

Feysbuk sosial şəbəkəsində ümumilikdə 20 Myanma vətəndaşı, o cümlədən baş komandir Min Aunq Xlayn və hərbi telekanal “Myawady” istifadədən məhrum edilib./Trend/