Qvineya höküməti Feysbuku bir aylıq qadağan edir

Dünyanın ən çox istifadəçiyə malik olan sosial şəbəkəsi “Facebook” bir aylıq qadağan ediləcək.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Yeni Qvineya höküməti Feysbuku bir aylıq bağlamağa qərar  verib. Bu barədə məlumatı  isə ölkənin Rabitə naziri Sam Basil açıqlayıb. O bildirib ki, sosial şəbəkənin olmadığı vaxtlarda Feysbukun cəmiyyət üzərindəki təsirləri araşdırılacaq, porno və dezinformasiya yayan səhifələr bağlanılacaq.

Nazir, həmçinin, onu da əlavə edib ki, Yeni Qvineya bu müddət ərzində “Facebook”a rəqib də yarada bilər.