Feysbukda tənqid olunan məmurun özü cavab yazdı – FOTO

Gürcüstan vətəndaşı Günel Aşirova Dövlət Miqrasiya Xidməti ilə bağlı Feysbukda tənqidi status yazıb.

Yenicag.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinə bu yaxınlarda rəis təyin olunan Vüsal Hüseynov miqrasiya sahəsində problemlə üzləşən gəncin o tənqidi statusuna Feysbukda şəxsən cavab yazıb, özünü də dərhal qəbul edib, təkliflərini dinləyib.

Onun bu addımı sosial şəbəkələrdə maraqla qarşılanıb.

Qeyd edək ki, Feysbuk səhifəsinə Vüsal Hüseynov şəxsən nəzarət edir.

COP29