1 il əvvəl ABŞ-da işə salınmış və Yutuba rəqib olan Feysbukun video platforması bütün istifadəçilərə əlçatan olub.
Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, bu gündən etibarən Böyük Britaniya, İrlandiya, Avstraliya və Yeni Zelandiya vətəndaşları yeni “Watch” xidmətindən istifadə edə bilərlər.
Gələn ay Argentina, Belçika, Boliviya, Çili, Kolumbiya, Danimarka, Dominikan Respublikası, Ekvador, Salvador, Fransa, Almaniya, Qvatemala, Honduras, Meksika, Niderland, Norveç, Peru, Portuqaliya, İsveçə və Tailandda video platforma əlçatan olacaq. Yaxın aylar ərzində “Watch” xidmətinin başqa ölkələrdə də əlçatan olacağı gözlənilir.
ABŞ-da yeni xidmət ötən il avqustun 10-da istifadəyə verilib. 2018-ci ilin əvvəlindən etibarən “Watch” xidmətində videolara ümumi baxış vaxtı 14 dəfə yüksəlib. Hazırda xidmətin aylıq auditoriyası 50 milyondan çoxdur.