Reklam

Reklam

“Hər hansı bir məmur xalqa xidmət üçün hakimiyyətdə təmsil olunur”.

Yenicag.az-ın “Facebook” səhifəsində təşkil olunan canlı yayımda çıxış edən Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı məmur övladlarının yolverilməz davranışlarına toxunaraq, bu halların yolverilməz olduğunu bildirib:

“Məmur Azərbaycan xalqının xidmətçisi olmalıdır. Konkret bir məmur hakimiyyətdə ona görə təmsil olunur ki, o, çalışdığı sahədə Azərbaycanın qanunlarına uyğun olaraq, xalqa xidmət göstərsin.

Mən millət vəkili olaraq, iki manat civarında maaş alıram. Bu, cənab prezidentin maaşından sonra ən yüksək məbləğdə olan əmək haqqıdır. Hətta nazir və komitə sədrləri də ən yaxşı halda bizim qədər maaş alırlar.

Bununla belə, mən anlaya bilmirəm, həmin məmurlar bizdən az olan maaşları hesabına ən yaxşı yerlərdə villaları, milyonluq avtomobilləri necə əldə edirlər? Mənim üçün bunu anlamaq çətindir, mümkünsüzdür.

Üzərlərinə düşən vəzifəni yaxşı və vicdanla həyata keçiriləndə, həmin məmurların cəmiyyətdə də hörməti artır. Deyərdim ki, ölkədə o cür məmurların sayı yetərincədir.

Lakin onların arasında siz deyən kimi, övladlarını idarə edə bilməyən məmurlar da var, bu hal cəmiyyətdə narazılıq doğurur. Etiraf edək ki, bu narazılıq və narahatlıq da haqlıdır”.

A.Zeynalov

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 631
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."