“Partiyanın otuz illiyini mənim yerimə gələcək daha gənc bir liderin qeyd etməsini istəyirəm”.
Bu fikirləri Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı Yenicag.az-ın “Facebook” səhifəsində təşkil olunan canlı yayımında səsləndirib.
Fəzail Ağamalı ona ünvanlanan suala cavabında AVP sədrliyindən gedəcəyi tarixi açıqlayıb:
“Bu, əslində, haqlı sualdır. Bəli, mən artıq təqribən otuz ildir ki partiyanın sədriyəm və belə bir fikrim var ki, yaxın bir-iki il ərzində bu məsələni partiya daxilində müzakirəyə çıxarım.
Bu fikirdəyəm ki, partiyanın otuz illiyini mənim yerimə gələcək daha gənc bir lider qeyd etsin. İstəyim budur. Yəqin ki, yaxın vaxtlarda bu məsələ ilə bağlı partiya daxilində müzakirələr başlayacaq.O baxımdan belə güman edirəm ki, yaxın bir-iki ildə siyasətdən yox, partiya sədrliyindən getməyi düşünürəm”.
Qeyd edək ki, Fəzail Ağamalı 1990-ci ildən AVP-nin sədridir.
A.Zeynalov