!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fəzail İbrahimlinin seçicilərlə görüşləri davam edir- FOTOLAR

!Reklam – Yazi

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən deputatlığa namizəd Fəzail İbrahimli Cəlilabad rayonunda seçicilərlə görüşlərini davam etdirir.

Yenicag.az xəbər verir ki, Fəzail bəy Cəlilabad rayon Göytəpə şəhərində və Ağdaş şəhərində görüşlər keçirib. Seçicilərin fəallığı ilə keçən görüşlərdə deputatlığa namizəd son dövrdə parlamentdəki fəaliyyətindən danışmış, çıxış edən seçicilər onun deputat fəaliyyətindən razılığını bildirmiş, ayrı-ayrı problemlərin həllində iştirakından danışmışlar.

Deputatlığa namizəd Fəzail İbrahimli öz platforması ilə seçiciləri tanış etmiş və görəcəyi işlərlə bağlı seçiciləri məlumatlandırmışdır. Görüşlər zamanı seçiciləri narahat edən problemləri dinləyən Fəzail İbrahimli, ona etimad göstəriləcəyi təqdirdə onları narahat edən problemləri adiyyatı təşkilatların qarşısında qaldıracağını və həllinə nail olacağını bildirdi. Çıxış edənlər 9 fevral 2020 – ci il parlament seçkilərində

Fəzail İbrahimliyə səs verəcəklərini bildirmişlər.

www.yenicag.az

1099
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv