Fəzail İbrahimli təbliğat təşviqat prosesini başa çatdırır – FOTOLAR

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən deputatlığa namizəd Fəzail İbrahimli təbliğat təşviqat prosesini başa çatdırır.

Prosesin son günlərində deputatlığa namizəd daha bir neçə kənddə görüşlər keçirib. Fəzail İbrahimlinin Masallı rayonunun Köynə Alvalı kəndində əhali ilə görüşü seçicilərin aktiv iştirakı ilə keçib.

Deputatlığa namizəd kənd sakinlərinin problmləri ilə maraqlanıb, öz platforması haqda geniş məlumat verib. Kənd sakinləri ilə qarşılıqlı dialoq şəraitində keçən görüşlərdə bölgənin problemlərindən və onun həlli yollarından danışılıb.

Seçki təbliğatı dövründə hər yerdə secisilərin böyük rəğbəti ilə qarşılanan F.İbrahimlinin bu görüşü də böyük coşqu ilə keçirilib. Kənd ağsaqqallarının, ziyalıların iştirak etdiyi görüşdə seçicilər namizədə onları maraqlandıran suallarla müraciət edib.

Fəzail İbrahimli deputat olduğu dövrdə gördüyü işlər barədə də məlumat verib,növbəti dəfə seçiləcəyi halda rayonun problemlərinin həlli üçün əlindən gələni edəcəyini və ləyaqətli bir millət vəkili olacağına söz verib.

Görüşdə iştirak edənlər 9 fevralda Fəzail İbrahimliyə səs verəcəklərini bildiriblər.