Yenicag.az xəbər verir ki, Rayonun Təzə Alvadı kəndindəTəzə Alvadı kənd ərazi inzibati dairəsində keçirilən görüş Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədovun abidəsinin ziyarət edilməsi ilə başlayıb. Daha sonra Təzə Alvadı inzibati ərazi dairəsinə daxil olan Təzə Alvadı, Naşəkənarı və Əhmədli kəndlərinin sakinləri deputat tərəfindən qəbul edilib.
Görüşdə sosial və kənd infrastrukturu ilə bağlı məsələlər qaldırılıb. F.İbrahimli hər bir vətəndaşı ayrı-ayrılıqda dinləyərək qaldırılan problemlərin həlli üçün müvafiq qurumlar qarşısında məsələ qaldıracağını bildirib.