Fəzail İbrahimlinin seçicilərlə görüşü olub – FOTOLAR

Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizədliyi irəli sürülmüş Fəzail İbrahimlinin Biləsuvar rayon Zəhmətabad kəndinin sakinləri ilə görüşmüşdür.

F.İbrahimli əvvəlcə ötən dövrdə millət vəkili kimi gördüyü işlərdən danışmış, ötən dövrdə seçicilərlə daimi təması, onların problemlərinin həllində iştirakından danışmışdır. Daha sonra F.İbrahimli seçki platforması və rayonda görülməsi vacib işlərdən danışmış, ona etimad göstəriləcəyi yalda bu platformanın gerçəkləşməsi üçün əlindən gələni edəcəyini bildirmişdur. Görüşdə iştirak edən kənd sakinləri ilə əhalinin hazırkı qayğıları ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonra Fəzail İbrahimli görüşə toplaşan seçicilərin çoxsaylı suallarını cavablandırmışdır.
Görüşdə iştirak edən seçicilər fevralın 9-da yüksək fəallıq göstərəcəklərini və ən layiqli namizəd kimi Fəzail İbrahimliyə səs verəcəklərini bildirmişlər.