!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FHN Bakıda baş vermiş yanğınla bağlı məlumat yaydı - VİDEO

!Reklam – Yazi

FHN Bakıda yaşayış binaları yaxınlığında anbarda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Yenicag.az xəbər verir ki, məlumatda qeyd olunur:

“Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən anbarda yanğın baş verib. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Ölən və xəsarət alan olmayıb”.

***

Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yaşayış binalarının yaxınlığnda yerləşən həyət evləri və obyektlərin ərazisində yanğın baş verib.

Yenicag.az-ın məlumatına görə, hazırda yanğını söndürmək üçün hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil./Trend/

www.yenicag.az

2438
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv