Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun Fövqəladə Hallar Nazirliyində vəzifədə çalışan iki oğlundan biri vəzifəsindən azad olunub.
Yenicag.az xəbər verir ki, uzun müddətdir işə çıxmayan Samir Qaraşov FHN-in Maliyyə Baş İdarəsinin nəzdində Nəzarət-Təftiş İdarəsinin rəis müavini vəzifəsindən çıxarılıb.
Qeyd edək ki, Nəzarət-Təftiş İdarəsinin rəisi, polkovnik Qəşəm Məmmədovun əmri ilə icra başçısının digər oğlu – Seymur Qaraşovun rəis müavini olduğu Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində yoxlamalar aparılır.
Yaxın vaxtlarda Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi, daxili xidmət general-mayoru Rüfət Fərhadovun vəzifəsindən azad olunacağı gözlənilir.
Ehtimal edilir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov general-mayorun yerinə polkovnik Seymur Qaraşovu təyin edəcək./Qaynarinfo/