Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Yanğın söndürüldü -“Diqlas” sökülür - FOTO/VİDEO (Yenilənib 4)

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

Yanğın nəticəsində ticarət mərkəzinin binası tam yararsız hala düşüb.

***

Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində başlayan yanğın lokallaşdırılıb.

Yanğının tam söndürülməsi üçün işlər davam etdirilir.

***

13:34

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb. 

Yenicag.az məlumatına görə, bu barədə FHN məlumat yayıb.

Hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır.

***

12:40

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın yenidən şiddətlənib.

Ticarət mərkəzində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları soyutma işləri aparılan zaman partlayış baş verib və yanğın yenidən başlayıb.

Yanğının söndürülməsinə əlavə qüvvələr cəlb olunub./Report/

***

09:29

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ticarət mərkəzində başlayan yanğınla bağlı məlumat yayıb. 

Yenicag.az xəbər verir ki, nazirlikdən bildirilib:

FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

***

08:54

Bakının Nizami rayonu ərazisində yanğın hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, yanğın paytaxtın 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” ticarət mərkəzində qeydə alınıb.

Hadisə yerinə 10-dan çox yanğınsöndürən briqada cəlb olunub. Bina təxliyyə edilir.

Yanğın birinci mərtəbədəki dönərxanadan başladığı və tez bir zamanda yuxarı mərtəbələrə doğru qalxdığı bildirilib.

 

www.yenicag.az

13833
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM