FHN-dən Bakıdakı yanğınla bağlı məlumat

Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi yaxınlığındakı boş ərazidə 150 m² sahədə məişət və təkər tullantıları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yanğın saat 11:22-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.