!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FHN-dən əhaliyə MÜRACİƏT - VİDEO

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.

FHN-dən Yenicag.az-a verilən məlumatda qeyd olunur ki, məişətdə yanğın baş verdikdə təhlükəsizliyi təmin etmək üçün aşağıdakı qaydalara əməl edilməlidir:

– “112” qaynar xəttinə məlumat verin;

– odsöndürücü balon və ya əl altında olan digər vasitələrlə (su, qum, palaz, keçə və s.) yanğını söndürməyə çalışın;

– yanğının şiddətlənməməsi üçün qapı və pəncərələri bağlayın;

– mümkündürsə, elektrik və qaz cihazlarını söndürün;

– ağız və burnunuzu nəm dəsmal, şərf, paltar və s. ilə tutaraq tüstüdən qorunun;

– yan otaqdakı tüstüdən qorunmaq üçün qapı ətrafındakı boşluqları nəm əski ilə tutun;

– döşəməyə yaxın ərazidə tüstü daha az olduğundan əyilərək və ya sürünərək hərəkət edin;

– yanğın gücləndikdə sənəd və digər vacib əşyaları götürüb dərhal bayıra çıxın;

– uşaqlara, ahıl və köməyə ehtiyacı olanlara mənzili tərk etməkdə kömək edin;

– mənzili tərk etmək mümkün deyilsə, eyvanda və ya pəncərənin yanında dayanaraq yanğınsöndürənləri gözləyin;

– xilas olmaq üçün yuxarı mərtəbədən aşağı tullanmayın;

– liftdən istifadə etməyin; – qonşuları xəbərdar edin.

www.yenicag.az

483
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv