FHN-dən Mingəçevirdəki yanğınla bağlı AÇIQLAMA

Mingəçevir şəhərində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 20 m2 olan birotaqlı mənzildə 2 ədəd məişət avadanlığı yanıb.

Yenicag.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.