Qəbələ rayonunda ümumi sahəsi 200 kvadratmetr olan ikimərtəbəli altıotaqlı evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, hadisə nəticəsində ev 168 kvadratmetr sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı Suriya vətəndaşı, 1995-ci il təvəllüdlü Alhamidi Arvanın cəsədi yanğınsöndürənlər tərəfindən aşkarlanıb. Həmçinin müxtəlif yanıq xəsarətləri almış altı nəfər Suriya vətəndaşı xəstəxanaya aparılıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.