FHN-dən Xırdalandakı partlayışla bağlı AÇIQLAMA – YENİLƏNDİ / VİDEO 

Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən Yenicag.az-a verilən xəbərə görə, qurumun “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi barədə məlumat daxil olub.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

22:24

Xırdalanda yaşayış binasında partlayış olub.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) və hüquq-mühafiə orqanlarının əməkdaşları cəlb edilib.

Əlavə məlumat veriləcək.