FHN dənizdə batmaq təhlükəsi ilə üzləşmiş iki balıqçını helkopterlə xilas edib

fhn-telim-helikopterFövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizinin Abşeron rayonu Goradil qəsəbəsi sahilindən 14 km dənizə doğru ərazidə qayığın mühərrikinin sıradan çıxması və qayığa su dolması nəticəsində 2 balıqçının küləkli hava şəraitində köməksiz vəziyyətdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, dərhal əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri cəlb edilib. Aviasiya dəstəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərinin birgə əməliyyatı nəticəsində mürəkkəb hava şəraitində balıqçılar xilas ediliblər.

Yeniçağ.Az

COP29