FHN-ə yeni mətbuat katibi təyin olundu

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə yeni rəis təyin olunub. Bu vəzifəyə Gülçin Mehdiyeva gətirilib.

Qeyd edək ki, G.Mehdiyeva uzun müddətdir FHN-nin İctiamiyyətlə əlaqə idarəsinin baş zabiti vəzifəsində çalışıb. Əhalinin maarifləndirilməsi və təbliğat işi ilə məşğul olub.

FHN-dən təyinatı təsdiqləyiblər. G.Mehdiyeva mətbuat katibi olaraq ilk açıqlamasını verib. O, rəhbərlik tərəfindən göstərilən böyük etimada görə təşəkkür edib:

“Böyük etimad göstərilib. İnşallah çalışacam ki, bu etimadı doğruldum. Hazırda işlərlə daha yaxından tanış oluram. İnşallah mətbuat nümayəndələrilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcəyik”./Modern/