FHN əhaliyə müraciət ETDİ

Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında əsas təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

Yenicag.az xəbər verir ki, müraciətdə deyilir:

“Məlumdur ki, bu il də Yeni il bayramı koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf edir. Odur ki, özünüzün və əzizlərinizin təhlükəsizliyi üçün keçiriləcək Yeni il şənlikləri ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına uyğun (şənlik mərasimlərində qonaqların müəyyən olunmuş say məhdudiyyətinə əməl olunmalı, şənlik mərasimində xidmət göstərən heyət tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etməli və s.) təşkil olunmalıdır.

Bununla yanaşı, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Odur ki, Yeni il bayramında zəruri yanğın təhlükəsizliyi qaydalarına hər kəs riayət etməlidir. Belə ki:

Həmçinin, bayram şənliyi keçirilən məkanlarda təxliyə yolları odadavamlı və işlək vəziyyətdə olmalı, ehtiyat çıxış qapıları olmalı və təxliyə istiqamətində açılmalı, məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməli, odlu, rəngləmə və digər yanğın-partlayış təhlükəli işlərin aparılmasına yol verilməməli, elektrik şəbəkəsində gərginliyi azaldan transformatorlardan istifadə olunmadığı halda çil-çıraqlarla bəzədilərkən 12 Volta qədər gərginlikdən və 25 voltdan çox olmayan lampalardan istifadə olunmalıdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”