FHN əməkdaşı xilas etmək istədiyi şəxslə birlikdə öldü – Sumqayıtda dəhşət

Sumqayıt şəhərində kanalizasiya quyusuna düşən şəxs ölüb.

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt Regional Mərkəzinin həmin şəxsi xilas etmək üçün quyuya düşən bir əməkdaşı da qazdan boğularaq dünyasını dəyişib, daha üç əməkdaş isə zəhərlənib.

Zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər.

Ölənlərin və zəhərlənənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Sumqayıt şəhər Səhiyyə İdarəsindən APA-ya verilən məlumata görə, zəhərlənən şəxslərə tibbi yardım göstərilir.

Onlardan ikisinin vəziyyəti ağırdır.

Yenicag.az

COP29