FHN əməkdaşları 9 nəfəri xilas etdi – Əməliyyat VİDEOSU

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 46 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Yenicag.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, ötən sutka ərzində 7 nəfər, o cümlədən Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində dənizdə batma təhlükəsi olan 1 nəfər və Şəki şəhərində “Niva” və “Mercedes-Benz” markalı iki minik avtomobilinin toqquşaraq yol kənarında dayanan “Hyundai” markalı minik avtomobilinə çırpılması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib.