FHN əməliyyat görüntülərini yayımladı – VİDEO

Ötən sutka ərzində 80 yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 12 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən altı nəfər xilas edilib.

Əməliyyat görüntülərini təqdim edirik: