FHN Hacıqabuldakı sel fəlakəti ilə bağlı məlumat yaydı

Hacıqabulda 8-i uşaq olmaqla 81 sakin FHN tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

İntensiv yağan yağışlar nəticəsində Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsində sel gəlməsi səbəbindən subasmaya məruz qalmış ərazilərdə gün ərzində köməksiz vəziyyətdə qalmış 8-i uşaq olmaqla ümumilikdə 81 nəfər vətəndaş Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

COP29