!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FHN: İES-də yanğının söndürülməsinə 11 texnika cəlb edilib

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyi “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də baş vermiş qəza haqqında rəsmi məlumat yayıb.

Yenicag.az-ın xəbərinə görə, məlumatda bildirilir:

“03 iyul 2108-ci il saat 00:20-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Yanğın hadisəsi baş verəndən 4 dəqiqə sonra Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri yanğının söndürülməsi işlərinə başlayıb. Obyektin əhəmiyyəti nəzərə alınaraq yanğının söndürülməsi üçün “3 saylı çağırış” elan olunmuş, 11 yanğınsöndürmə texnikası və 50 nəfərdən çox şəxsi heyət cəlb edilib.
Açıq paylayıcı qurğular stansiyasında transformatorda baş verən yanğın saat 00:52-də, 6-cı enerji blokunun qazanxana qurğusundakı yanğın isə saat 01:10-da yanğın bölmələri tərəfindən söndürülüb. Stansiyanın turbinləri və digər qurğular yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb”.

www.yenicag.az

1462
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv