FHN-in xilasediciləri zəlzələ bölgəsində çadırlar qururlar – VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə böyük sayda çadırlar çatdırılıb.

Bu haqda Yenicag.az-a FHN-dən məlumat verilib.

FHN-in xilasediciləri zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün Kahramanmaraş rayonunda çadırların qurulmasını həyata keçirirlər.