FHN Qəhrəmanmaraşda növbəti çadır şəhərciyi qurdu – VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Qəhrəmanmaraşda növbəti çadır şəhərciyi qurulub.

Bu barədə Yenicag.az-a FHN-dən məlumat verilib.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə göndərilmiş çadırların Nazirliyin qüvvələri tərəfindən qurulması prosesi həyata keçirilir.

Belə ki, FHN-in qüvvələri tərəfindən Qəhrəmanmaraş rayonunda yerləşən Kahramanmaraş Sütçü İmam Universitetinin həyətində 300 çadırdan ibarət növbəti çadır şəhərciyi qurulub. Çadırlarda yaşayan insanlar üçün lazımi şərait yaradılıb, o cümlədən mobil səhra mətbəxi qurularaq qida təminatı təşkil edilib.