FHN Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

Fövqəladə Hallar Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb.

FHN-nin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 mln. manat vəsait köçürüb.