FHN metronun “20 Yanvar” stansiyasında təlim keçirəcək

Metronun “20 Yanvar” stansiyasında təlim keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN ilə “Bakı Metropoliteni” QSC metronun “20 Yanvar” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 27 oktyabr 2023-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.

Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.