FHN Nazim Məmmədovun adını müavinləri siyahısından çıxardı – FOTO

Nazim Məmmədovun adına Fövqəladə Hallar Nazirinin müavinləri siyahısında rast gəlinmir.

Yenicag.az xəbər verir ki, Fövqəladə Hallar Nazirinin müavini, general-leytenant Nazim Məmmədovun adı nazir Kəmaləddin Heydərovun müavinləri siyahısından çıxarılıb.

Xatırladaq ki, N. Məmmədov 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Fövqəladə Hallar nazirinin müavini təyin edilib./Unikal.org/

Qeyd edək ki, hazırda müavinlər siyahısında Rəfail Mirzəyev, Faiq Tağızadə, Etibar Mirzəyev, Ragim Lətifov, Orucəli Hacıyev, Teymur Mehdiyev və Tapdıq Əmiraslanovun adı yer alıb.