FHN-nin hərbi hissələrində seksual kitab skandalı – “Onun biri qız aybaşı olanda gedər”

Fövqəladə Hallar Nazirliyinin (FHN) hərbi hissələrində kitab paylanıb.

Yenicag.az-ın məlumatına görə, criminal.az-a məlumat verən FHN zabiti bildirib ki, kitabın müəllifi polkovnik-leytenant Əbülfəz Kazımov, adı isə ”Mühərrik yağları konkret maşınlarda tətbiqi. Daxiliyanma mühərrikinin quruluşu. Yanma prosesi”dir.

Kitab əsasən FHN-nin Mülki Müdafiə Qoşunlarıın hərbi hissələrinə paylanıb. Kitab hərbi hissədə oxuyanları şoka salıb. Maşın və mühərrik haqda olan kitabda kişi-qadın müsabətləri, cinsi həyat, sexual-dini məslələr yer alıb.


Bəlkə də inanmayacasınız. Amma kitabın səhifələrindən birində belə abzas var: ”Həya on qisimdir. Onun biri qız aybaşı olarkən gedər; ikincisi ərə gedərkən; üçüncüsü uşaq doğarkən; qalanlarını isə qadın özü ilə qəbrə aparar”.

Daha sonra müəlif yazır: ”40 gün dalbadal ət yeyənin əxlaqı, 40 gün dalbadal ət yeməyənin səhhəti pozular”.


Digər səhifədə müəllif mühərrik yağlarından yazaraq belə bir nəticəyə gəlir: ”Çalışın təzə maşın alın. Heç bakirə qızla dul arvad eyni ola bilərmi? Sevgili peyğəmbərimiz Həzrəti Muhəmməd səlləlləhu əleyhi və alihi və səlləm buyurur: ”istəyirsən cavan qalasan, bakirə qızla evlən”. Bəziləri köhnə maşın alanda xalat istəyirlər. Məgər dul arvada toy edirlər?”.


Müəllif başqa bir səhifədə yazır: ”Dörd şey insanı cavan ikən qocaldar, bəzən də öldürər: 1-ci tez-tez cinsi əlaqədə olma; 2-ci toxqarına yemək yemək; 3-cü toxqarına çimmək; 4-cü yaşlı qadınla evlənmək”. Sanki forsajdasan”.


Bundan başqa Ə.Kazımov təzə maşınlara hansı yağın layiq olmasını da dul qadınlar üzərindəəsaslandırıb : ”Kim desə ki, boş sözdür, istənilən yağ növünü başqa yağ növ yağlıarla qarışdırmaq olar, qəbul etməyin. Əlbəttə, dul arvad üçün köhnə avtomobildəki kimi fərqi yoxdur, hansı yağdır, təki tökülsün. Amma təzə maşına təzə və davamlı yağlayiqdir”.

Müəllif Ə.Kazımovun niyə maşın və mühərrik haqda kitabda bu cür üsullarla yazdığı barədə ehtimallarımızı çatdıra bilərik. Əldə etdik ki, müəllif dindardır və hacıdır. Bəlkə də, müəllif hərbiçilərimizə İslamda kişi-qadın münasibəti haqda məlumat verir. Ola bilər ki, bu kişi-qadın münasibətlərinin tənzmilənməsi baxımından normaldır. Ancaq bu formada təqdim olunması məqsədəuyğudurmu?

Criminal.az saytına kitab haqda məlumatı verən məhz FHN-nin dul olan xanim zabitidir. Kitab haqda məlumat verən xanim belə bir sual edib: “Əri ölmüş, şəhid olmuş xanımları mühərriklə müqayisə edib aşağılamaq kimə və nəyə lazmdır?”.

COP29