FHN: Ötən sutka 49 yanğına çıxış olub, 11 nəfər xilas edilib

Ötən sutka ölkə ərazisində 49 yanğına çıxış, 7 halda köməksiz vəziyyətdə qalma və bir yol-nəqliyyat hadisəsi faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Yenicag.az xəbər verir ki,bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 11 nəfər, o cümlədən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində “Mercedes” markalı minik avtomobilinin yol kənarına aşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalan bir nəfər xilas edilib.