Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

FHN zabitinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqisrləndirilən mütəşəkkil dəstənin üzvləri – Orxan Quliyev, Təhməz Əsgərov, Nicat Əliyev, Rişan Bayramov, Cavid İsazadə və Camal Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə O.Quliyev 5 il, T.Əsgərov, N.Əliyev, R.Bayramov, C.Heydərovun hər biri 4 il və C.İsazadə isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş C.İsazadə məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, ittiham aktına əsasən, dəstə üzvləri 2016-cı ilin sonlarından etibarən Badamdar qəsəbəsində mənzillərə girərək külli miqdarda pul, qızıl-zinət əşyaları, məişət avadanlıqları aparıblar.

Dəstə üzvlərindən biri – N.Əliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı olub. O, daxili xidmət baş leytenantı rütbəsində xidmət edib.

Qarət olunan mənzillərin əksəriyyəti O.Quliyevin qonşuları olub. Təqsirləndirilən şəxslər 2016-cı ilin noyabr ayında dəstə üzvü O.Quliyevin qonşusu Vüqar Əliyevə məxsus mənzilin qıfılını sındırıblar, Bijuteriya və 20 manat xırda pullar oğurlayaraq zərərçəkmiş şəxsə 425 manat ziyan vurublar.

Eyni üsulla onlar qonşulaqda yaşayan Mehbalı Quliyevin də evindən oğurluq ediblər. Dəstə üzvləri həmçinin Badamdarda yaşayan Ayna Sadıqovanın evindən 21 min manatlıq, Azad Əliyevin mənzilindən isə 12 min manatdan çox qızıl-zinət əşyaları oğurlayıblar. Qəsəbə sakini Mərahim Əkbərovun mənzilinə soxulan şəxslər ona 18 min 520 manat ziyan vurublar.

Qızıl-zinət əşyaları “Moskva” unuvermağında satılıb, əldə olunan gəlir dəstə üzvlər arasında bölünüb.

www.yenicag.az

4415
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS