Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Fiaskoya uğramış ideyaların danışan şəkli

İyulun 16-da Ermənistan silahlı qüvvələrinin təxribatı zamanı Tovuzun Dondar Quşçu kəndi və mülki əhali hədəfə alınıb.

Oxu.Az-ın cəbhəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, kənd sakini Taryel Abdullayevə məxsus evə mərmi atılıb.

Nəticədə, ev və yanındakı tikili tamamilə yararsız hala düşüb.

Ermənistanın bugecəki artilleriya atəşi həm də ATƏT-in Minsk Qrupunun həmsədrlərinə tuşlanıb. Bu cümlə sözün həqiqi anlamındadır. Evə düşən mərmi həm də ATƏT-in Minsk Qrupunun həmsədrlərinə simvolik mesaj da ünvanladı.

Belə bir ifadə var: “Bir foto min sözü ifadə edir”.

Erməninin dağıtdığı evdən reportaj hazırlayarkən Oxu.Az-ın fotoqrafının obyektivinə düşən bir kadr da simvolik olaraq ismarıcdır.

Dağıdılan ev, ətrafa səpələnən şüşə qırıntıları, gəlinciklər. Bir də yanında qəzet. Qəzetin baş səhifəsinə isə həmsədrlərlə bağlı yazı çıxarılıb, amma mərmi evi dağıdarkən qəzet səhifələrindəki həmsədrlər də “qurbana” çevrilib.

Həmin foto rəmzi olaraq siyasi mahiyyət, işğalçının arxasında durmağın acı fəsadları barədə mesajları özündə ehtiva edir.

Qeyd edək ki, kağız parçasına çevrilmiş bu əşya “Həftəiçi” qəzetinin 3 dekabr 2012-ci il nəşrindəndir.

www.yenicag.az

182
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100