Fici adaları yaxınlığında 8,2 bal gücündə zəlzələ

Sakit okeanın cənub şərqində, Fici adaları yaxınlığında 8,2 bal gücündə zəlzələ baş verib.

Yenicag.az ABŞ Geoloji Xidmətinə istinadən xəbər verir ki, yeraltı təkanlar Ndoi adasından 290 kilometr şimal-şərqdə, ocağı isə 560 kilometr dərinlikdə yerləşib.

Sutka ərzində Sakit okeanda Fici sahillərinə yaxın ikinci zəlzələ də baş verib. Növbəti zəlzələnin gücü 6.8 bal təşkil edib. Təkanlar yerli vaxtla 16:28-də (08:28) adaların şərqində qeydə alınıb. Zəlzələnin ocağı 423 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

İndoneziyanın Lombok adasında da 6,3 bal gücündə zəlzələ baş verib. Yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların episentri Lombok adasında, ocağı isə 8 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Kolumbiya sahillərində isə 5,6 bal gücündə zəlzələ baş verib. Yerli vaxtla saat 14:39-da qeydə alınan yeraltı təkanlar Akandi şəhərindən 35 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.