Fici adalarında 5,8 bal gücündə zəlzələ baş verdi

Fici adaları sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, zəlzələ episentri Suva şəhərindən 400 km aralıda qeydə alınıb.

Zəlzələ ocağı 549 kilometr dərinlikdə yerləşib.

Zərzələnin yerli vaxtla 10:19-da baş verdiyi bildirilib.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar yoxdur.