Fici sahillərində 5,6 bal gücündə zəlzələ

Sakit Okeanda Fici arxipelaqından cənubda 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Yenicag.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, zəlzələnin episentri ölkənin paytaxtı Suva şəhərindən 659 km cənub-qərbdə yerləşib. Təkanların ocağı 530 km dərinlikdə olub.

Mümkün dağıntılar və sunami təhlükəsi barədə məlumat verilməyib.