Fici sahillərində 6 bal gücündə zəlzələ

Sakit okean sularının Fici adaları sahillərində güclü zəlzələ qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəz xəbər verib.

Zəlzələnin gücü 6 bal, episentri 77 min əhalisi olan Suva şəhərindən 442 kilometr cənub-şərqdə, oçağı isə 616 kilometr dərinlikdə olub.

Dağıntı və sunami təhlükəsi barədə məlumat verilməyib.