Fici sahillərində güclü zəlzələ – 6,7 bal

Ficinin cənub-şərqində Ono-i-Lau sahillərində zəlzələ olub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, zəlzələnin gücü 6,7 bal qeydə alınıb.

Zəlzələnin episentri Nukuni qəsəbəsindən təqribən 100 km şimalda yerləşib.

Dağıntılar və zərər çəkənlər barədə məlumat verilməyib.

Sunami təhlükəsi elan edilməyib.