Fidan terrorla mübarizə mesajı verdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan paytaxt Ankaradakı terror hücumuna münasibət bildirib.

Yenicag.az xəbər verir ki, Fidan terrorla mübarizənin davam etdiriləcəyini bildirib.

“Daxildə və xaricdə bütün terror ünsürləri və onları bəsləyən qüvvələrlə mübarizəmizi qətiyyətlə davam etdirəcəyik.

Bundan sonra da milli müdafiə qabiliyyətlərimizi güclədnirməyə davam edəcək, Türkiyəni hədəfə alan güclərin və onların vəkillərinin ölkəmizlə bağlı istəklərinə çatmalarına əsla icazə verməyəcəyik”, – deyə Fidan vurğulayıb.

COP29