ABŞ xüsusilə Suriyada İŞİD-lə mübarizə ilə bağlı əlaqələrin parametrlərinə yenidən baxmalı və Türkiyə üçün təhlükə yaradan PKK-ya dəstək öhdəliyindən xilas olmalıdır.
Yenicag.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzira” telekanalına müsahibəsi zamanı deyib.
Fidan ABŞ və Avropa ölkələrinin hələ də PKK/YPG-yə dəstək verdiyini vurğulayaraq PKK/YPG-nin Suriya ərazisinin üçdə birini işğal etdiyini bildirib.