Fidan və Borrell Qarabağdakı vəziyyəti müzakirə etdilər

Türkiyənin xarici işlər naziri Hakan Fidan və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrell Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə Borrell X hesabında yazıb.

“Avropa Şurasına təqdim edəcəyim hesabatdan əvvəl Aİ-Türkiyə münasibətlərinin növbəti addımları barədə danışdıq. Biz Qarabağdakı gərgin vəziyyəti də müzakirə etdik”, – deyə o qeyd edib.