“FİFA 2018-də bankrot olacaq”

1454190111FİFA rəhbərliyinə namizədlərin maliyyə sferasında reformlar keçirilməsi ilə bağlı təklifləri 2018-ci ildə təşkilatın bankrot olmasına gətirib çıxaracaq.

Bunu Böyük Britaniya mətbuatına açıqlamasında FİFA prezidentliyinə namizəd olan şeyx Salman bin İbrahim əl Xəlifə söyləyib. Onun sözlərinə görə, son bir il ərzində FİFA-nın maliyyə göstəriciləri həddən artıq pisləşib:

“Bu, çox ürəkağrıdan mənzərədir. 2018-ci ilə qədər FİFA öz maliyyə ehtiyatlarını yox edəcək. Əgər situasiya dəyişməsə, bizim satış, marketinqdən götürdüyümüz pullar təşkilat üçün kifayət etməyəcək. Əgər mənim rəqiblərimin planları reallaşsa, o zaman biz çətin situasiyaya düşəcəyik. Onu bilmək lazımdır ki, FİFA-nın son bir il ərzində zərəri 100 milyon dollar olub. Mənim planım təşkilatı bankrot etmək yox, onu yenidən bərpa etməkdir”. /Axar.az

COP29